
BBC Azərbaycancaya verdiyi müsahibəsində Azadlıq qəzetinin redaktorunun birinci müavini Rahim Hacıyev deyib ki, məhkəmə qərarına görə ödəməli 4 min 200 manat cəriməni ödəyə bilmədiyinə görə qəzetin bank hesabına həbs qoyulub, və beləliklə qəzet bir neçə ay ərzində bağlanıla bilər.
Qəzetdə nəşr olunan, biznesmen Anar Məmmədov haqqındakı ayı məsələsi iddiasına görə Yasamal rayon Məhkəməsi qəzetin 4 min 200 manat cərimə ödəməli, təkzib və üzrxahlıq məlumatları verməli olduğu haqqında qərar çıxarıb.
Hacıyev hesaba həbs qoyulmasının gözlənilməz olmadığını deyib: Oktyabrın 19-da biz məktub aldıq ki, 10 gün ərzində 4 min 200 manat vəsaiti təmin etməsək qəzetin bank hesabına həbs qoyulacaq, əmlakı müsadirə olunacaq.
Təbii ki bizim belə böyük vəsaiti birdən ödəmək imkanımız olmadığına görə artıq bank hesabımıza həbs qoyulub, o dedi.
R. Hacıyev müxbirlərinin maaşlarını ödəyə bilmədiyini açıqlayaraq qəzetinin maliyyə vəziyyətinin nə qədər ağır olduğunu vurğulayıb.
" Yaranmış vəziyyətdə müxbirlərin maaşlarının odənilməsi mümkün deyil. Bu baxımdan vəziyyət bu qədər gərgindir."
Rahim Hacıyev
Keçən ay Azadlıq və Yeni Müsavat qəzetlərinin müxbirləri Qasid köşklər firmasınının qəzetlərə olduğu borcları haqqında etiraz aksiyası keçirib, lakin Hacıyevə əsasən aksiyadan müsbət nəticə yoxdur.
Hətta Qasid firması borcunu ödəsə də, onların bizə 35 min manat borcu var, amma məhkəmə cəriməsi 66 mindir. Belə getsə, bir neçə aydan sonra Azadlıq qəzetinin fəaliyyət göstərməsi mümkün olmayacaq.
Yeni Müsavat qəzeti eyni tipli məqaləni dərc etdiyinə görə həmin cəriməni ödəməli olsa da Rahim Hacıyev deyib ki, onda olan məlumata görə onlar da ödəməyiblər, və onların bank hesabına həbs qoyulması barədə məlumatım yoxdur.

















