BBC

BBC navigation

Azadlıq qəzeti 30 min manat cəriməni haqlı hesab etmir

Son yeniləmə: 13 sentyabr, 2012 - 14:18 GMT

Azadlıq qəzetinin rəhbərliyi Bakı Apellyasiya Məhkəməsi Yasamal Məhkəməsinin Azadlıq qəzetini 30 000 AZN cərimələyən qərarını qüvvədə saxlamasından təəssüfləndiyini deyir.

Məhkəmə qərarına əsasən, Bakı Metropoliteninin rəisi Tağı Əhmədova "mənəvi zərər" əvəzi olaraq 30 000 AZN təzminat ödəməlidir.

"Bu qərar Azadlıq qəzetinə qarşı kampaniyanın bir hissəsdir", - qəzetin rəhbəri Rahim Hacıyev BBC Azərbaycancaya deyib.

O, bu qərarın Azərbaycan nəşriyyatına borcları ucbatından maliyyə durumu ağırlaşmış Azadlıq qəzetinin sonu olması fikrini qəbul etmədiyini deyir.

"Repressiyalara baxmayaraq qəzeti qoruyub saxlaya bimişik. Azərbaycanda söz azadlığını istəyən insanların köməyilə bu vəziyyətdən çıxacağımıza inanırıq" - Rahim Hacıyev deyib.

Qəzetin redaktoru məhkəmənin qərarını haqlı hesab etmir. "Hakimiyyətin nəzarətində olan qəzetlər müxalifətçilərə qarşı qanuna zidd ittihamlar yağdırırlar, qanunlarla hesablaşmırlar, amma hec zaman cəzalandırılmırlar", - o deyir.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini 2012-ci ilin iyununda “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqaləyə görə məhkəməyə verib və qəzetin 200 000 AZN cərimələnməsini tələb edib.

Yazıda 2012-ci ilin yanvarında metroda gediş haqlarının 10 qəpikdən 15 qəpiyə qaldırılması və texniki prosedurlar zamanı bəzi sərnişinlərdən 5 qəpik "mənimsənildiyi" iddia olunub.

Yasamal Məhkəməsi metropoliten rəisinin həmin yazıdan "ciddi mənəvi zərər" görməsi qənaətinə gələrək, qəzetin üzərinə 30 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarıb.

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.