BBC

BBC navigation

Hacıyev: Azadlığın mülkü müsadirə oluna bilər

Rahim Hacı

Azadlıq qəzetinin redaktorunun 1-ci müavini qəzetin cərimələnməsinin ağır fəsadlarla nəticələndiyini deyib.

BBC Azərbaycancaya müsahibəsində Rahim Hacıyev qərarla bağlı apellyasiya verəcəyini deyib.

Bazar ertəsi Yasamal məhkəməsi Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiasını təmin edərək “Eurovision” müsabiqəsi vaxtı sahibkarlardan pul toplanması barədə məlumatın təkzib olunması ilə yanaşı, mənəvi zərərə görə “Azadlıq”dan 30 min, müəllif Ramin Dekodan isə 2 min manat təzminatın tutulmasını qərara alıb, Turan agentliyi xəbər verir.

Apellyasiya

Rahim Hacıyevin sözlərinə görə indiyədək silsilə hökmlər qəzetin vəziyyətinə ciddi təsir göstərib və ən ağır zərbəni “ayı məlumatı” ilə bağlı məqalə üzrə məhkəmə qərarı təşkil edir.

"Azadlıq qəzetində korrupsiya, qanunsuzluqla bağlı daima materillar çap olunur. Ama hakimiyyət, hüquq-mühafizə orqanları heç bir reaksiya vermirlər, heç bir araşdırma aparılmır"

Rahim Hacıyev, Azadlıq

26 oktyabradək bu hökmlə bağlı kəsilən cərimə ödənilməsə qəzetin əmlakı müsadirə oluna bilər, deyib jurnalist.

“Anar Məmmədov Azadlıq qəzetini məhkəməyə verib və məhkəmə qəzetin 4 manat məbləğındə cərimələnməsi haqqında qərar çıxarıb. Artıq ultimativ xarakterli bir sənəd almışıq. Həmin sənədə görə oktyabrın 26-na kimi həmin məbləği ödəməsək Azadlıq qəzetinin hesabına həbs qoyulacaq və əmlakı müsadirə olunacaq”.

"Müsadirə" təhlükəsi

Rahim Hacıyev qəzetə Qasid yayım şirkətinin borcu olduğu bir halda öz borclarını ödəyə bilmədiyini deyib.

Jurnalist Azadlıq qəzetinin bu vəziyyətə hakimiyyətin siyasəti nəticəsində düşdüyünü bildirib.

“Azadlıq qəzetində korrupsiya, qanunsuzluqla bağlı daima materillar çap olunur. Ama hakimiyyət, hüquq-mühafizə orqanları heç bir reaksiya vermirlər, heç bir araşdırma aparılmır.”

Rahim Hacıyevin sözlərinə görə qarşı tərəfin iddiaları sübüta və dəlillərə nəzər salınmadan təmin olunur.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.