BBC

BBC navigation

"Azadlıq" qəzeti "borcunun az bir hissəsini ödəyib"

Son yeniləmə: 10 sentyabr, 2012 - 09:28 GMT

Azadlıq qəzetinə abunə olmaq üçün onlayn forma

“Azərbaycan” nəşriyyatının “Azadlıq” qəzetinə borcunu ödəmək üçün ikinci dəfə verdiyi yeddi günlük vaxt bazar ertəsi tamam olub.

Qəzetin redaktor müavini Rahim Hacıyev BBC Azərbaycancaya bildirib ki, bir həftə əvvəl Nəşriyyat vaxtı uzatmışdı:

“Artıq borcun kiçik bir hissəsi ödənilib. Günün ikinci yarısı Nəşriyyatla planlaşdırılan danışıqlardan sonra son qərarı bildirəcəyik”, Hacıyev deyib.

Qəzet borcun ödənilməsinə kömək məqsədilə ötən həftədən sosial şəbəkələrdə onlayn kampaniya aparır.

Kampaniyanın məqsədi insanları qəzetə abunə olmağa çağırmaqdır.

Ötən həftə nəşriyyatın direktor müavini Bəsti İsmayılova BBC Azərbaycancaya deyib ki, “qəzetə borclarını ödəməsi üçün vaxt veriləcək”

"Artıq borcun kiçik bir hissəsi ödənilib."

Rahim Hacıyev, Azadlıq qəzeti

İsmayılovanın sözlərinə görə, qurum “kollektivi saxlamaq üçün borcların ödənilməsini istəyib”.

O, yerli mediaya bildirib ki, Nəşriyyatla qəzet arasındakı problem “siyasiləşdirilməməlidir”.

Təxminən on gün öncə Azadlıq qəzetinə borclarla bağlı göndərilmiş məktubda yazılıb ki, qəzetin “çap və kommunal xərclərə görə təxminən 25 min manat borcu” var.

Nəşriyyat Azadlıq qəzetinə bildirmişdi ki, borcu ödəməsə, onlara "xidmət göstərə" bilməyəcək.

Qəzet isə borcun yaranmasını yayımla məşğul olan Qasid firmasının satışa görə olan 30 min manat borcu qaytarmaması ilə izah edir.

Azadlıq qəzeti ilk dəfə 1989-cu ildən çap olunur.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.