
Barak Obamanın ikinci müddətə ABŞ prezidenti seçilməsinə dünya reaksiya verməkdədir.
Yaxın Şərq
Özünün zəfər nitqində prezident Obama Amerikalılara bildirdi ki, onilliklər çəkən müharibəyə son qoyulub. Lakin BBC Yaxın Şərq müxbiri Jeremy Bowen xəbər verir ki, regiondakı təlatümlü hadisələr ona dəlalət edir ki, hərbi aksiya, hətta müharibə yenidən gündəliyə gələ bilər.
Suriyadakı müharibə qonşu ölkələrə yayıla bilər. Obama Suriyaya üsyançılarına daha artıq yardım göstərə bilər.
Bundan hətta daha böyük qərar İranla əlaqədar qəbul edilə bilər. əgər gələn yaya gədər ABŞ və onun müttəfiqləri hesab etsələr ki, İran, danışıqlar və sanksiyalara baxmayaraq nüvə silahı yaradır, prezident Obama İranın nüvə obyektlərinə hücum edilib-edilməməsi barədə, yaxudda İsrailə İrana qarşı müharibə başlamasına yaşıl işıq verilməsi barədə qərar qəbul etməli olacaq.
Avropa
Brüsseldəki BBC müxbiri Chris Morris qeyd edir ki, Obamanın qələbəsi Avropada rahatlıq hissi hissi ilə qəbul ediləcək. Avropada keçirilən rəy sorğuları daimə qitədə Obamanın Romney-dən daha populyar olduğunu göstərib. Avropa hökümətlərinin əksəriyyəti Vaşinqtonda vəziyyıətin davamiyyətinə daha çox tərəfdardılar, nəyinki vəziyyətin dəyişməsinə.
ABŞ Maliyyə naziri və prezidenti ilə avrozonadakı vəziyyətlə bağlı diskussiyalar davam edir. Avrozona böhranına başı qarışmış Avropa liderləri hansısa xarici amilin onları bu problemlərdən yayındırmağı istəməzdilər.
Çin

BBC müxbiri Martin Patience qeyd edir ki, Çində də hər on ildən bir baş verən yeni lider seçilməsi prossesi başlayır. Bu səbəbdən də Obama seçildikdən sonra Çin indi öz daxili məsələsində cəmləşə builər. Lakin seçkiqabağı çıxışlarında hər ikii namizəd Çini ticarətdə milli valyuta kursunun yolverilməz dərəcədə aşağı saxlamasına görə tənqid etmişdilər. Bu tənqidin acısı hələ xeyli vaxt özünü hiss etdirə bilər. İki ölkə arasında münasibətlər son dövrlərdə gərginləşib - məxsusən iqtisadi problemlər üzündən.
İran
BBC İran müxbiri Mohsen Əsgəri q2eyd edir ki, İranda çoxları Respublikamı namizədin qələbə çalacağından narahatidilər. Camaatın əksəriyyəti hesab edir ki, Obama İran ilə yeni danışıqlar raundu keçirmıəyə cəhd göstərəcək.
Lakin bəziləri hesab edir ki, əksinə Obama İrana təzyiqi artıracaq. Tehran Universitetinin professoru Nasir Hədyan hesab edir ki, Obama dünyada Romneydən daha populyardır. və bu amil ona İrana qarşı geniş koalisiya yaratmağa kömək edəcək və ölkəyə təzyiqin artırilmasına gətirəcək.
Lakin ümumilikdə iranlıların əksəriyyəti Obamanın qələbəsinə sevinir.
Rusiya
BBC Rusiya müxbiri Steve Rosenberg yazır kı Rusiyada Obamanın qələbəsi xəbəri ehtiyyatlı nikbinliklə qarşılanıb. Moskvadakı siyasətçilər qeyd edir ki, Obamanın bundan əvvəlki prezidentlik dövrü müddətində Rusiya az-çox hazırkı ABŞ prezidentini tanıya bilib.
Lakin eyni zamanda vəziyyəti sadələşdirmirlər də, çünki Obamanın əvvəlki prezidentlik dövrü Dmitri Medvedevg dövrünə təsadüf etmişdirsə, hazırda Rusiyada yeni prezident Vladimir Putin dövrüdür. Amerika son dövrlərdə Rusiyada insan haqqları və söz azadlığı sahəsində vəziyyətdən narahat olduğunu bildirir. Digər tərəfdən Kreml şübhələnir ki, Ağ Ev Putinin opponentlərini dəstəkləməyə üstünlük verir.

















