BBC

BBC navigation

Barack Obama və Mitt Romney nə ilə fərqlənirlər?

Barack Obama və Mitt Romney nə ilə fərqlənirlər?

Çərşənbə axşamı ABŞ vətəndaşları demokrat Barack Obama və respublikaçı Mitt Romney arasında olan prezident seçkilərində iştirak edəcək. İki siyasətçi arasında əsas fərqlər nədən ibarətdir?

İran

Hər iki namizəd İranın nüvə silahı yaratmasının qarşısını almağa əzmlidir. Mitt Romney buna nail olmaq üçün hərbi müdaxiləni istisna etmir, və analitiklərə əsasən İranı daha böyük hərbi təhlükə altına qoyan namizəd – Romneydir. O həmçinin İranın müxalif qruplarını açıq şəkildə dəstəkləyəcəyini deyib.

Obama bu məsələnin diplomatik həllini tapmaq üstün tutur, lakin eyni zamanda deyib ki “bütün variantlar mümkündür”. Birinci prezident müddəti ərzində o, İranın mərkəzi bankına, neft gəlirlərinə və iqtisadi sisteminə qarşı yeni sanskiyalar imzalayıb.

İqtisadiyyat

Barack Obama təhsilə, infrastruktura, səhiyyəyə və digər proqramlara vergiləri endirən və sərmayə qoyan 768 milyard dollar məbləğində stimul paketi imzalayıb. Obama eyni zamanda Amerikanın avtomobil sənayesinə bu sənayeni xilas edən dotasiya ayırmışdır.

Digər tərəfdən Mitt Romneyin iqtisadi planları vergilərin endirilməsi, Obamanın 2010-cu ildə imzaladığı səhiyyə sistemində islahatın ləğv edilməsi, ABŞ maliyyət təşkilatlarının tənzimləməsinin ləğv edilməsi və ümumiyyətlə hökümət tənzimləmələrinin azalması üzərində mərkəzləşir. Romney Obamanın avtomobil sənayesinə verdiyi dotasiyanın əleyhinə çıxış etmişdi.

Əfqanıstan

Obama ilkin olaraq Əfqanıstandakı hərbçilərin sayını artırdı, və döyüş missiyasının 2014-cü ildə başa çatması üçün ABŞ hərbçilərini tədricən geriyə qaytarmaqdadır.

Barack Obama və Mitt Romney nə ilə fərqlənirlər?

Romney deyib ki, məqsədi “2014-cü ilin axırına qədər əfqan təhlükəsizlik qüvvələrinə uğurlu keçid” olsa da, hərbçilərin geriyə qaytarma planlarına “hərbi komandirlərin yerli şərtləri necə qiymətləndirəcəyinə” əsasən yenidən baxmağa vəd edib.

Abort

Romney 2002-ci ildə Massaçusets ştatının qubernator seçkilərində iştirak edəndə qadınların abort etməyə hüquqlarını dəstəkləsə də, prezident seçkiləri ərəfəsində çıxışlarında vurğulayıb ki, prezidentlik dövründə abortlara qarşı olacaq. Romney o cümlədən deyib ki, “Planned Parenthood” (“Planlaşdırılmış Valideynlik”) qadın məsləhətxanalarına ayırılmış federal maliyyəni dayandıracaq.

Obama qadınların abort etməyə hüquqlarını dəstəkləyir, Ali Məhkəməyə bu hüquqların tərəfdarları kimi görünən iki hakim təyin edib.

Vergilər

Prezident Obama amerikalıların çoxu üçün vergiləri endirib, millionerlərin ödəməli olduğu vergi dərəcələrini yüksəltməyə lahiyələşdirir.

Obamanın respublikaçı rəqibi gəlir və korporativ vergilərinin azaldılmasını, investisiya gəlirləri və əmlak vergilərinin ləğv edilməsini vəd edir. Bitərəf olan Vergi Siyasəti Mərkəzinə əsasən, Romneyin siyasətindən ən çox böyük gəlir səviyyəsindən olan vətəndaşlar faydalanacaq.

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.