
ABŞ-da prezident seçkilərinin səsvermə məntəqələri açılıb, səsvermə başlayıb.
ABŞ tarixində bu dəfəki prezident seçkiləri ən baha başa gələnidir.
Prezident Obama seçicilərlə son görüşü nü bazar ertəsi günü Iowa ştatında keçirib.
Görünür namizədlər arasında sıx rəqabətin getdiyindən Obamanın Respublikaçı rəqibi Mitt Romney seçki günü gözlənilmədən Ohio və Pennsylvaniya ştatlarında seçicilərlə görüşlər keçirib.
Son rəy sorğuları seçkilərin nəticəsi üçün həlledici əhəmiyyəti olan ştatlarda Barak Obamanın daha yüksək reytinqə malik olduğunu güman etməyə əsas verir.
Lakin elə həmin rəy sorğuları da göstərir ki, Mitt Romney tərəfdarları səsvermədə daha fəal şəkildə iştirak edə bilərlər.
Bu dəfəki president seçkiləri gedişində namizədlərin seçkiqabağı təbliğata xərclədiyi məbləğ 1 milyard dolları aşaraq rekord vurub
və beləliklə bu seçki kampaniyası ABŞ yaxın tarixində ən bahalı seçki kampaniyasına çevrilib.
BBC müxbirinin sözlərinə görə təkcə televiziya ilə nümayiş etdirilən təbliğat çarxlarına 700 mln dollardan artıq pul xərclənib.
Hər iki namizədin çoxsaylı hüquqşünaslar komandası da var.
Bu amil isə səsvermədə yaxın nəticələrin olacağı ehtimal olunan seçki dairələrində səsvermə ilə bağlı yarana bilən mübahisələrin xeyli vaxt aparacağına dəlalət edə bilər.

















