BBC

BBC navigation

Qəbələ radarı bazarlığı: Rusiyanın qiyməti öldürmək cəhdləri alınmır

Qəbələ radarından Rusiya imtina etməyə tələsmir

Azərbaycan Qəbələ RLS-nin icarə haqqının qiymətində Rusiya üçün endirim etmək niyyətində deyil.

Rusiya medaisının xəbər verdiyinə görə, Moskvanın "əvvəlki maliyyə şərtləri ilə" stansiyanı 2-3 il müddətinə icarəyə götürmək təklifi Bakını qane etmir.

Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib.

Bakı hazırda RLS üçün Rusiyadan 300 milyon dollar istəyir.

Rusiyanın hərbi-diplomatik dairələrinə istinadən bildirilir ki, tərəflər icarə qiyməti məsələsində ümumi dil tapa bilmədiyi və heç bir saziş imzalanmayaqcağı təqdirdə Rusiyanın stansiyanı icarəyə götürməkdən imtina edəcəyi ehtimal edilir.

Rusiyalı mənbə bildirib ki, belə olan təqdirdə cənubdan raket təhlükəsi ilə bağlı xəbərdarlıq sisteminin işə salınması funksiyasını Armavir radiolokasiya stansiyası tam şəkildə özü üzərinə götürməli olacaq.

Lakin Azərbaycanlı ekspert Üzeyir Cəfərov hesab edir ki, son nəticədə Bakı və Kreml ümumi dil tapa biləcəklər, və Qəbələ RLS-i Rusiyanın nəzarəti altında Azərbaycanda fəaliyyətini davam etdirəcək.

"Son sözü bu məslədə Vladimir Putin və İlham Əliyev deyəcəklər", Üzeyir Cəfərov BBC-ə bildirib.

Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub.

Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir.

Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir.

Rusiya tərəfindən Qəbələ radiolokasiya stansiyanın icarəsi 2015-ə qədər uzadıla bilər.

Qəbələ RLS-in Rusiya tərəfindən icarəsi müddəti daha 2-3 ilə uzadıla bilər.

Rusiya və Azərbaycan mediasında getmiş məlumatlara görə, Qəbələ RLS-lə bağlı aparılan danışıqlar hələdə davam etməkdədir.

Rusiya mənbələrinə istinadən stansiyanın icarəsi bağı hazırkı ödəniş tariflərinin saxlanması şərtilə 2015-ci ilə qədər uzadıla bilər.

Məlumatlara əsasən, müəyyən dərəcədə kompromissə bənzər bu variant çərçivəsində tərəflər yaxın 2-3 il ərzində həm Kremli, həm də Bakını qənaət edə biləcək müəyyən razılığa gəlinəcəyinə ümid edirlər.

Bundan əvvəl, danışıqlar prossesinə yaxın mənbələrdən mətbuata sızmış xəbərlərə əsasən Azərbaycan tərəfi Rusiyadan Qəbələ RLS-nin icarə ödəniş haqqının 7 milyondan 300 milyondək artırılmasınıistəmişdi.

Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələrə görə isə Kreml Azərbaycanın onun qarşısında irəli sürdüyü şərtlərdən təəssüflənsə də, stansiyanın fəaliyyətinin davam etdirilməsi üçün vəziyyətdən çıxış yolu tapmaq istiqamətində səylərini sonadək davam etdirmək əzmində idi.

Tarixcə

Qəbələ RLS-i son on ildə Rusiyanın icarəsində idi.

2011-ci ilin sonunda müqavilənin vaxtının bitdiyi üçün yeni danışıqlara başlanılıb.

Azərbaycan tərəfi icarə haqqını qaldırmağı düşünür.

Dəniz səviyyəsindən 637 metr hündürlükdə yerləşən Dəryal stansiyası 1976-cı ildə səkkiz il müddətinə tikilib.

Onun tikintisinə iyirmi mindən çox hərbi qulluqçunun cəlb edildiyi deyilir.

Stansiya 350 meqabayt gücüylə işləyərək 6000 km radiusdakı məsafəni, təxminən İran, Türkiyə, Hindistan da daxil olmaqla bütün Yaxın Şərq və Avstraliyanın bir qismini nəzarətdə saxlayır.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.