“Qəbələ üzrə razılıq əldə olunmazsa Ermənistanda radar tikə bilərsiz”

Tiqran Sarkisyan
Çap edildi

Ermənistanın baş naziri Tiqran Sarkisyan, Bakı ilə Moskva Qəbələ radarı ilə bağlı razılığa gəlməsələr, Ermənistanın Rusiya radiolokasiya stansiyasını tikmək üçün öz ərazisini təqdim etməyə hazır olduğunu bildirib.

“Bizim ərazimiz belə maraq kəsb edirsə, biz bu məsələni müzakirə etməyə hazırıq”, - deyib Ermənistan baş naziri Tiqran Sarkisyan çərşənbə günü çapdan çıxan “Kommersant” qəzetinə müsahibəsində.

Onun sözlərinə görə, bu stansiyanın əhatə radiusu da Qəbələ RLS-dən daha böyük olardı. “Burada üstünlüklər də olardı. Çünki Ermənistan dağlar üzərində yerləşən ölkədir. Qavrama daha böyük ola bilər”, - izah edib Sarkisyan.

2011-ci ilin sonunda Qəbələ stansiyası üzrə icarə müqaviləsinin sona çatmasından sonra tərəflər arasında yeni danışıqlar başlanılıb. Mətbuat bildirir ki, Azərbaycan <link type="page"><caption> icarə haqqının qaldırılmasını</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/02/120229_qabala_rls_money.shtml" platform="highweb"/></link> istəyir.