Qəbələ radarının taleyi haqqında danışıqların gedişi Moskvanı narazı salıb

Qəbələ RLS-in icarəsi haqqında müqavilə 2012-ci ilin yayında imzalana bilər
Şəklin alt yazısı, Qəbələ RLS-in icarəsi haqqında müqavilə 2012-ci ilin yayında imzalana bilər
Çap edildi

Moskva Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqlarda Azərbaycan tərəfinin nümayiş etdirdiyi mövqedən narazıdır, Rusiya mediası xəbər verir.

İnterfax və RİA Novosti agentliklərinin yaydığı xəbərlərdə Azərbaycanın mövgeyini "qeyri-konstruktiv" adlandıran Rusiya Müdafiə Nazirliyindəki mənbənin söylədikləri iqtibas edilir.

Mənbə Bakının tələb etdiyi icarə haqqına Rusiya ərazisində 2 yeni analoji stansiya qurmağın mümkün olduğunu deyib:

“Bundan əlavə, Qəbələ stansiyasının köklü modernləşdirmə işlərinə ehtiyacı var kı, bu da iri maliyyə xərcləri tələb edir".

"Bu səbəbdən Rusiya Müdafiə Nazirliyi RLS-dən azı 10-15 il istifadə etməklə modernləşdirməyə qoyulmuş vəsaiti doğrultmaqda maraqlıdır", Rusiya Müdafiə Nazirliyindəki mənbə qeyd edib.

Mənbə eləcə də qeyd edib ki, Azərbaycan tərəfinin tələbi “Rusiyanın stansiyanın istifadəsində iştirakı ilə bağlı ötən il rəsmi Bakı ilə Moskva arasında əldə olunmuş razılaşmaya ziddir”.

Rusiya mediasının xəbərlərində qeyd olunur kı, yaranmış vəziyyətdə, Azərbaycanın tutduğu mövge Rusiyanı Qəbələ RLS-dən imtina etməyə vadar edə bilər.

Azərbaycanla Rusiya arasında Qəbələ RLS-in istifadəsinə dair müqavilə 2002 ildə imzalanmışdı, və onun müddəti 2012 ildə başa bitir.

Yeni saziş iyun ayından gec olmayaraq hazırlanıb imzalanmalıdır.

Rusiya mediasında bu məsələni şərh edən ekspertlər, hesab edir ki, Qəbələ RLS ilə bağlı vəziyyət yaxın zamanlarda gözlənilən Rusiya və Azərbaycan prezidentləri arasında görüşdən sonra aydınlaşa bilər.