
"30-31 avqust tarixlərində Tehranda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Naziri Elmar Məmmədyarov başçılıq edəcək" - bu barədə BBC Azərbaycancaya Naziriliyin sözçüsü Elman Abdullayev bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevə sammitdə iştirak üçün İran Prezidenti Mahmud Əhmədinejad tərəfindən dəvət məktubu göndərilsə də, o Tehrana getməyib və hazırda Belarusda səfərdədir.
Baxmayaraq ki, bir ay əvvəl mediada Prezident Əliyevin Tehrana getmək dəvətini qəbul etməsi barədə məlumatlar yayılmışdı, Elman Abdullayev bu barədə heç bir rəsmi açıqlamanın olmadığını və XİN başçısının tədbirdə Azərbaycanı təmsil etməsinin qərara alındığını deyib.
BMT-nin Baş Katibi də daxil olmaqla, zirvə toplantısına 35 ölkənin lideri və 80-dən çox nümayəndəsi qatılır.
"Bu gərginlikdə İran kifayət qədər günahkardır. Azərbaycanın daxili işlərinə qarışıb, təhdid və təzyiqlər göstərməyə çalışıb"
Qabil Hüseynli, politoloq
Ekspertlərin fikrincə, Prezident Əliyevin İrana getməməsinin əsas səbəbi iki ölkə arasında gərginlik"dir.
Müstəqil politoloq Qabil Hüseynli BBC Azərbaycancaya deyib:
Prezident heç Bişkekdə keçirilən Türkdilli Ölkələrin sammitinə də qatılmamışdı.
Hüseynlinin fikrincə, səbəb gərginlik də ola bilər: Bu gərginlikdə İran kifayət qədər günahkardır. Azərbaycanın daxili işlərinə qarışıb, təhdid və təzyiqlər göstərməyə çalışıb.
Onun fikrincə, bu təhdid və təzyiqlər müxtəlif yollarla həyata keçirilib:
Son bir ildə İranın Azərbaycana qarşı terror aktlarının qarşısının alınmasının şahidi olmuşuq. Digər bir təzyiq yolu isə Azərbaycan vətəndaşlarına qarşı ciddi viza rejiminin qoyulması olub".
Politoloqun sözlərinə görə, şairlərin həbsi də bura aiddir.
Azərbaycanın iki gənc şairi isə ədəbiyyat tədbirindən sonra müxtəlif iddialarla həbs olunub, ya casusluqda, ya da İranda siyasi sabitliyin pozulmasında ittiham olunub.
Şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənın növbəti məhkəməsi sentyabrın 15-ə nəzərdə tutulub.
Yəqin ki, İran şairlərin azad olunması üçün prezident İlham Əliyevin gəlişini gözləyirdi, amma indi vəziyyət xeyli gərginləşdi, Hüseynli bildirib.
Sayca 120-dək ölkənin daxil olduğu Qoşulmama hərəkatının sammitinin 31 avqustda bitməsi planlaşdırılır.
Daha XİN sammit çərçivəsində keçirilməsi nəzərdə tutulan Xarici İşlər Nazirlərinin iclasında Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyevin başçılıq edəcəyini bildirib.
İran ötən ay yalnız avqust ayı üçün Azərbaycan vətəndaşlarına müvəqqəti viza rejimi tətbiq etdiyini deyib.

















