
Cümə günü İranın xarici işlər nazir müavini Seyyid Abbas Araqçı Bakıya rəsmi səfəri başlasa da, onun görüşləri barədə geniş məlumat verilmir, Turan agentliyi İranın Bakıdakı səfirliyinə istinadən xəbər verir.
Səfərdən əvvəl nazir müavini Fars İnformasiya Agentliyinə iki ölkə arasında "fikir ayrılığı olduğunu" təsdiqləyib:
"Başlıcası budur ki, ölkələr arasında fikir ayrılığının problemə çevrilməsinin qarşısını almaqla yanaşı, baxışlar arasındakı fərqin azaldılmasına və anlaşma məqamların çoxaldılmasına səy göstərilsin"
Seyyid Abbas Araqçı, İran Xarici İşlər Nazirliyi
Başlıcası budur ki, ölkələr arasında fikir ayrılığının problemə çevrilməsinin qarşısını almaqla yanaşı, baxışlar arasındakı fərqin azaldılmasına və anlaşma məqamların çoxaldılmasına səy göstərilsin, Araqçı bildirib.
Gərginlik
Araqçının Bakıya səfəri iyulun 27-ə nəzərdə tutulsa da, təxirə salınmışdı.
Səbəb kimi, hər iki ölkənin məsul şəxslərinin görüş proqramının sıxlığı göstərilmişdi.
Ekspertlər Azərbaycan və İran arasında vəziyyəti "gərgin" kimi qiymətləndirir.
Vəziyyət daha çox bu ilin mayında Eurovision-2012 Mahnı Müsabiqəsi ərəfəsində pişləşməyə doğru gedib.
Müsabiqədən sonra Azərbaycanda İran kəşfiyyat orqanlarına bağlılıqda ittiham edilən bir qrup insan həbs edilib.
Eynilə İranda hazırda iki Azərbaycan şairinin "sərhəddi qanunsuz keçmək və casusluqda" ittiham olunaraq məhkəməsi gedir.

















