BBC

BBC navigation

İranla "əməkdaşlığa" görə İtaliya bankı yoxlanılır

İran

İtaliya bankı UniCredit İrana qarşı sanksiyaların pozulması məsələsini araşdıran ABŞ hakimiyyəti ilə əməkdaşlıq etdiyini təsdiqləyib.

Reuters agentliyi və Financial Times qəzetinin məlumatına görə naliyyə qurumu iqtisadi sanksiyaları poza bilərdi.

ABŞ UniCredit bankının 2005-ci ildə aldığı HypoVereinsbank fəaliyyəti ilə maraqlınır.

İtaliya bankı araşdırmanın ABŞ ədliyyə nazirliyi tərəfindən keçirildiyini bildirib.

Qaydalara görə İrana qarşı sanksiyaları pozan şəxslərə qarşı 1 milyon dollarlıq cərimə və 20 il iş kəsilə bilər.

İyun ayında ABŞ 7 Klikləyin ölkəni İrandan neft idxalını azaltdıqlarına görə, iqtisadi sanksiyaların təsirindən azad edib.

İran maliyyə və energetika sisteminə qarşı tətbiq edilən sanksiyaların təsirsiz ötüşdüyünü bildirib.

Hərçənd ki, Tehranın tənqidçiləri ölkədə valyuta çatışmazlığı və bəzi istehlak mallarının bahalaşmasını məhz sanksiyaların tətbiqi ilə izah edir.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.