Rammasun qasırğası Filippinə doğru hərəkət edir

Çap edildi

Tayfuna çevriləcəyi gözlənilən Rammasun tropik qasırğası Sakit okean üzərində güc toplayaraq Filippinə doğru hərəkət etməkdədir.

Saatda 140 kilometr sürətlə əsən külək və şiddətli yağış gətirən siklon əsas təhlükəni Filippinin şərq sahillərinə yaradır.

Bu arada hazırlıq apararkən hakimiyyət ərzaq və qida tədarükü ilə yanaşı bölgədən 37 minə yaxın sakinin evakusiya edildiyini bildirib.

Ötən ilin noyabr ayında bölgədə tüğyan edən Haiyan qasırğası 6 mindən artıq adamın ölümünə səbəb olub. Təbii fəlakətin ölkə iqtisadiyyatına ağır təsiri hələ də hiss olunmaqdadır.