Fillipin: Haiyan qasırğası ölkənin şərq ərazilərində böhranlı vəziyyət yaradıb
Çap edildi
Filippində Haiyan qasırğasına məruz qalmış ərazilərdə böhranlı vəziyyət yaranıb.
Rəsmilərə görə, Haiyan qasırğası nəticəsində ölkənin şərqindəki Tacloban şəhərində ölənlərin sayı 10,000-ə çata bilər, digər məntəqələrdə yüzlərlə adamın öldüyü bildirilir.
Ümumilikdə qasırğanın təsirinə 9 milyonadək insan məruz qalıb, ziyan dəymiş ərazilərdə ərzaq, sığınacaq və təmiz suya kəskin ehtiyac yaranıb.