BBC

BBC navigation

Yerevanda çempionatın rəsmi açılışında Azərbaycan komandası da iştirak edib

Gənclər arasında boks üzrə dünya çempionatənən rəsmi açılışı olub

Noyabrın 28-də Yerevanda Karen Demirçyan adına idman-konsert kompleksində gənclər arasında boks üzrə dünya çempionatının rəsmi açılışı olub.

Çempionatda 68 ölkəni təmsil edən 600-dən çox nümayəndə iştirak edir.

Gənclər arasında dünya çempionu adı uğrunda Azərbaycan 7 çəki kateqoriyasında iştirak edir. Boksçulardan, baş məşqçi Şamil Alimzanov, onun köməkçisi Natiq Talıbovdan başqa, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının rəsmiləri Ziya Talıbov və Niftalı Quliyev də daxildirlər.

Azərbaycan nümayəndə heyətii qabaqcadan razılaşdırıldığına görə, təhlükəsizlik tələblərinin təmin olunması ilə bağlı bütün komandalardan ayrı oteldə yerləşdirilib.

Çempionatın təntənəli açılısı zamanı öz bayraqları altında idman zalına çıxan komanda nümayəndələri arasında Azərbaycan idmançıları da olub.

Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyan gənclər arasında boks üzrə Yerevan dünya çempionatının açılışını elan edib və iştirakçıları salamlayıb.

Dünya çempionatı dekabrın 8-də başa çatacaq.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.