
mənbə: Azərbaycan prezidentinin rəsmi saytı
Təhlilçilər Özbəkistan prezidentinın Bakıya səfərini siyasi əlaqələrin gücləndirilməsi ilə əlaqələndirir.
Onların sözlərinə görə, ölkələri birləşdirən "Rusiyanın təzyiqlərinə qarşı birgə fəaliyyətdir".
Həm Azərbaycan, həm Özbəkistan Rusiya layihələrindən kifayət qədər kənarda qalmağa çalışır. Düşünürəm ki, onlar bu məsələləri müzakirə etmək, birgə xətt nümayiş etdirmək və riskləri qiymətləndirmək üçün görüşür, politoloq Rasim Musabəyov deyir.
Musabəyovun sözlərinə görə, ticari-dövriyyə əlaqələri səfər görüşlərinin az hissəsini əhatə edir.
Cümə axşamından bəri Bakıda olan Özbəkistan prezidenti İslam Kərimov səfərə geniş tərkibli nümayəndə heyəti ilə gəlib.
Özbəkistan prezidentinin saytında yazılıb ki, səfərin məqsədi ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək, aktual regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparmaqdır.
Kərimov prezident İlham Əliyevlə təkbətək görüşdükdən sonra prezidentlərin Birgə Bəyanatını imzalayıb.
Digər rəsmi şəxslər arasında isə Xarici İşlər Nazirliklərinin 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı və hökümətlərarası 2012-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planını imzalanıb.

















