Almaniya: türk deputatlar Erdoğana giriş qadağası qoyulmasını istəyir

Şəklin mənbəyi, AFP
Almaniya parlamentində "Erməni soyqırımı" qətnaməsinin lehinə səs vermiş türk əsilli deputatlar Türkiyə prezidentinin ölkəyə gəlişinə qadağa qoyulmasını tələb edir.
Bu, onlara ölüm təhdidlərinin gəlməsindən sonra baş verir.
Sevim Dağdelen "alman parlamenti üzvlərinə qarşı zorakılığa çağıran hər kəsin ölkəyə girişinə qadağa" qoyulmasını tələb edib.
"Bura prezident Erdoğan da aiddir", o, Bild am Sonntag qəzetinə deyib.
Həmçinin oxuyun:
- <link type="page"><caption> Türkiyə niyə Almaniyanın "soyqırım" qətnaməsinə biganə qala bilməz?</caption><url href="http://www.bbc.com/azeri/region/2016/06/160603_firdevs_germany_genocide" platform="highweb"/></link>
- <link type="page"><caption> "Soyqırım" qətnaməsilə bağlı "ölüm hədələri"</caption><url href="http://www.bbc.com/azeri/region/2016/06/160606_ozdemir_threats" platform="highweb"/></link>
- <link type="page"><caption> "Soyqırım qətnaməsi" Ankara-Aİ əlaqələrini korlaya bilərmi?</caption><url href="http://www.bbc.com/azeri/region/2016/06/160603_5thfloor_germany_eu_turkey" platform="highweb"/></link>
Duisburg-da doğulmuş siyasətçinin başına 100 min avro mükafat təyin edilib, qəzet yazır.
İyunun 2-də Almaniya parlamenti 1915-ci ildə baş vermiş və Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsini "soyqırım" adlandıran qətnaməni qəbul edib.

Şəklin mənbəyi, Getty
Recep Tayyip Erdoğan qətnamənin qəbul edilməsindən şəxsən hiddətlənib və indi Berlin-Ankara münasibətləri ən aşağı səviyyədədir.
Həmin vaxtdan bəri Dağdelen və digər 10 deputat türk millətçiləri tərəfindən ölüm hədələri aldıqlarını deyir. Məlumata görə, onların şəxi məlumatları qəzet və məscidlərdə çap edilib.
Solçular partiyasının miqrasiya siyasəti üzrə sözçüsü olan xanım Dağdelen deyir ki, Kansler Angela Merkel "Erdoğanın hücumlarına" lazımi cavab verməlidir.
Hazırda siyasətçilər 24 saat polis qoruması altındadır və onlara Türkiyəyə səyahət etməmək məsləhət görülüb.
Cənab Erdoğan bu deputatları terrorçularla müqayisə edib və deyib ki, <link type="page"><caption> onların qanı yoxlanılmalıdır</caption><url href="http://www.bbc.com/azeri/region/2016/06/160606_ozdemir_threats" platform="highweb"/></link>.
Sosial Demokratlardan Aydan Özoğuz Almaniyadakı türk qruplarını Türkiyənin cavabını pisləməyə çağırıb.

Hökümətin inteqrasiya komissarı olan cənab Özoğuz da ölüm hədələri alıb.
"Mən Almaniyadakı türk birliklərini deputatlara qarşı təhdidləri açıq şəkildə pisləməyə çağırıram", o Bild am Sonntag həftəlik qəzetinə deyib.
Onun sözlərini Yaşıllar partiyasının lideri Cem Özdemir də dəstəkləyib.
"Qətnamədən narazı ola bilərsən, amma türk qurumları ölüm təhdidlərini pisləyən bəyanatlar verməlidir", o, Frankfurter Allgemeine Sonntagszeitung-ə deyib.
Almaniyada Dini İşlər üzrə Türk-İslam Birliyi də alman deputatlarını dəstəkləyib və onlara qarşı təhdidləri qəbuledilməz adlandırıb.
"Heç kim insanlıqdan çıxarılmamalı və ya təhdid edilməməlidir", DITIB sözçüsü Murat Kayman bildirib.
"Bu, heç müzakirə mövzusu da olmamalıdır və bunun heç bəraəti də yoxdur. Bu, sivil cəmiyyətlər üçün əsas qaydalardandır," o əlavə edib.
























