Antalyada İD qrupu ilə əlbir olduqları güman edilənlər saxlanıb

Şəklin mənbəyi, CAGIL KASAPOGLU
Türkiyənin Antalya şəhərində İD qrupu ilə əlbir olduqları güman edilənlər saxlanılıb.
Polisdən verilən məlumata əsasən anti-terror reydi zamanı saxlanılanların İD qrupu ilə əlaqələrinin olub-olmaması yoxlanılır.
Antalyada xüsusi polis əməliyyatı noyabrın 15-16-da bu şəhərdə keçirilməsi nəzərdə tutulan G20 sammitinə təxminən 1 həftə qalmış keçirilib.
Ötən gün Türkiyə İraqdakı cihadçılara qarşı hərbi əməliyyat keçirməyi planlaşdırdığını elan edib.
Bundan əvvəl Türkiyə silahlı qüvvələri əsasən Suriyada yerləşən kürd qruplaşmalarının mövgeyinə zərbə endirirdi.
Türkiyədə keçirilən anti-terror reydlərinin sayı Ankarada 100-dən çox insanın ölümü ilə nəticələnmiş iki partlayışdan sonra artıb.
Türkiyə baş verən partlayışlara görə İD qruplaşmasını ittiham edib.




















