Türkiyə: avtobus ən azı 11 nəfərin ölümünə səbəb olub

Avtobus piyada yolundakı insanlara da xəsarət yetirib
Şəklin alt yazısı, Avtobus piyada yolundakı insanlara da xəsarət yetirib
Çap edildi

Türkiyə paytaxtı Ankarada avtobusun sərnişinlərlə toqquşması nəticəsində ən azı 11 nəfər həyatını itirib.

Sürücünün şəhərin mərkəzində avtobusa nəzarəti itirdiyi bildirilir.

Ankara şəhərinin rəhbəri Mehmet Kiliclar bildirib ki, qəza nəticəsində bir neçə nəfər də xəsarət alıb.

Təcili yardım işçiləri cəsədləri və yaralıları avtobusun altından çıxarıb.

Türkiyə mediasının yaydığı məlumata görə, avtobus sürücüsü dayanacağa yaxınlaşdığı ərəfədə əyləc işləməyib.

Şahidlərin sözlərinə görə, avtobus dayanacaqdakı növbəyə çırpıldıqdan sonra hərəkətə davam edib və yolundakı insanları və maşınları əzib.