İstanbulda atışma: yaralılar var

Şəklin mənbəyi, Reuters
Çap edildi
Naməlum şəxslərdən ibarət qrup, İstanbulda yerləşən əsas avtobus stansiyası binasında olan sərnişinlərə atəş açıb, türk mediyası xəbər verir. Hal-hazırda olan məlumata görə üç nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hələ ki, onların səhhəti barədə heç bir məlumat yoxdur. Hücum edən şəxslərin saxlanması barədə də xəbər verilməyib.
19 avqustda İstanbulda, turistlər arasında ən məhşur yerlərdən biri olan Dolmabahçe sarayının qarşısında, iki silahlı şəxs silahdan atəş açmışdı.
Yay fəsli başlayandan bəri Türkiyənin paytaxtında bir sıra hücum törədilib və bunların həyata keçirilməsində məsuliyyəti ya İslam Dövləti esktremist qruplaşması ya da separatçı Kürdüstan Fəhlə Partiyası (PKK) öz üzərinə götürüb.




















