İran: edam əleyhinə çağırışlara rəğmən Reyhanə Cəbbari asılıb

Şəklin mənbəyi, AFP
İranda sabiq kəşfiyyat əməkdaşını öldürməkdə təqsirli tanınan Reyhanə Cəbbari edam olunub.
Hadisə baş verərkən cinsi əlaqəyə məcbur cəhdinin yer aldığını deyən 26 yaşlı qadın Tehran həbsxanalarının birində asılıb.
26 yaşlı qadın 2007-ci ildə İran kəşfiyyatının əməkdaşı olmuş Murtəza Abdulali Sarbandini qətlə yetirmək ittihamı ilə məhkum olunub.
Tehran məhkəməsində işlə bağlı ölüm cəzası hökmü 2009-cu ildə çıxarılıb.
Amnesty International istintaq vaxtı yol verilən ciddi pozuntulara görə edamın təxirə salınmasına səsləyib.
Cəbbarinin işi geniş reaksiya doğurub.
İran və onun hüdudları kənarında edamı ləğv etmək barədə çoxsaylı çağırışlar səslənib.
Edam hökmü Cəbbarinin qohumlarının zərərçəkən ailəsinin əvfini qazana bilmədiyindən sonra icra olunub, Tasmin agentliyi bildirir.
"Biz onun günahından yalnız əsl niyyətlərin üzə çıxdığı təqdirdə, əlbir olduğu şəxs və olay barədə həqiqətin aşkarlanmasından sonra keçə bilərik", - Murtəza Abdulali Sarbandinin böyük oğlu Cəlal Sarbandi aprel ayında İran mediasına bildirib.

Şəklin mənbəyi, internet
Reyhanə Cəbbarinin özünümüdafiə barədə iddiası məhkəmə tərəfindən qəbul edilməyib.
Cəbbarininn anası BBC Fars Xidmətinə qızının cəsədini görmək üçün qəbristanlığa getdiyini deyərək edamın icra olunduğunu təsdiqləyib.
Şölə Pakravan cümə günü qızı ilə bir saatlıq görüşmək izninin verildiyini deyib.
Həbsdən sonra xanım Cəbbari iki ay ərzində təkadamlıq kamerada saxlanılıb.
Onun bu müddət ərzində ailəsi və vəkili görüşə bilmədiyi bildirilir.
Amensty İnternational təşkilatına əsasən xanım Cəbbari bıçaq xəsarəti yetirdiyini etiraf etsə, hadisə vaxtı evdə qətli törədən başqa şəxsin olduğunu iddia edib.
Cəlal Sarbandi deyib ki, Cəbbari həmin şəxsin kim olduğunu deməkdən imtina edib.
BMT İranda hər il 250 admın edam olunduğunu bildirır.
























