Assosiyasia Sazişi ratifikasiyasında "yubanma olmayacaq"

Aleksandr Turçinovun sözlərinə görə sənəd parlamentə daxil olan kimi səsverməyə qoyulacaq.
Şəklin alt yazısı, Aleksandr Turçinovun sözlərinə görə sənəd parlamentə daxil olan kimi səsverməyə qoyulacaq.
Çap edildi

Ukrayna prezidenti 16 sentyabrda Avropa İttifaqı ilə daha yaxın inteqrasiyanı nəzərdə tutan Assosiasiya Sazişini ratifikasiya üçün parlamentə təqdim edəcək, Ali Radanın spikeri bildirib.

Bu barədə Aleksandr Turçinov “Fokus” jurnalına deyib.

Spikerin sözlərinə görə sənəd parlamentə daxil olan kimi səsverməyə qoyulacaq.

Turçinov ratifikisya məsələsində "yubanmaya yol verilməyəcəyini" deyib.

"Prezident Poroşenko Avropa Parlamentilə sinxron ratifikasiya barədə razılaşıb", spiker bildirib.

Assosiasiya sazişinin siyasi hissəsi mart, iqtisadi hissəsi isə iyun ayında imzalanıb.

Ötən ilin sonunda saziş ətrafında mübahisələr siyasi böhran yaradaraq hakimiyyət dəyişməsinə səbəb olub.

İyun ayının sonunda Ukrayna, Gürcüstan və Moldova Rusiyanın güclü müqavimətinə baxmayaraq, Avropa Birliyi ilə tərəfdaşlıq haqqında saziş imzalayıblar.