Rusiya: Federasiya Şurası Putindən Ukraynaya qoşun yeritmək mandatını geri çağırıb

Şəklin mənbəyi, AFP
Mandatın ləğv edilməsi xahişini Federasiya Şurasına prezident Putin bundan qabağ yollayıb.
Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına Rusiya ordusunun Ukrayna ərazisində istifadəsi haqda qərarın bu ölkənin cənub-qərbində vəziyyətin üçtərəfli müzakirəsinin başlanması ilə əlaqədar ləğv etməyi təklif etmişdi.
Senatorların qeyd etdiyi kimi təklif olunmuş addım Ukraynanın cənub-şərqində böhranlı vəziyyətin dinc yollarla nizamlanmasına şərait yaradacaq.
Parlamentin yuxarı palatasında Putinin xahişini deputatların əksəriyyəti dəstəkləyib, 154 deputatdan yalnız biri təklifin əleyhinə səs verib, qalan 153 deputat isə prezidəntin təklifinin lehinə səs verib.
Putinin mətbuat katibi Dmitriy Peskovun dediyinə görə, “qərar vəziyyətin normallaşdırılması və Ukraynanın şərq regionlarında situasiyanın nizamlanması, həmçinin bu məsələ ilə bağlı üçtərəfli danışıqların başlamasına” hesablanıb.




















