Simferopolda Baş Hərbi Komissarlığı zəbt ediblər

Üstündə fərqlənmə nişanları olmayan hərbi forma geyinmiş yüz nəfərə yaxın silahlı adam Simferopolda Krım Respublika Hərbi Komissarlığının binasını zəbt edib, BBC Rus Xidmətinin müxbiri xəbər verir.
Onlar özlərini Krım özünümüdafiə dəstələri adlandır.
BBC müxbiri hərbi komissarlığın ərazisinə iki Rusiya nömrəli yük maşınının daxil olduğunu görüb. Hərbi komissarlığa polis gəlib, danışıqlar gedir.
Müdafiə Nazirliyi Krım Mətbuat Mərkəzinin rəisi Vladislav Seleznyovun məlumatına görə, özlərini Krım özünümüdafiə dəstələri adlandıran yüz nəfərə yaxın adam Hərbi Komissarlığa müdaxilə edib.
Daha sonra komissarlığın darvazası önündə avtomatlı silahlılar peyda olub.
Zəbt etmə
“Zirehli jiletlərlə, radiostansiyalarla təchiz olunublar. Komandaya istefada olan general Kuznetsov başçılıq edir, özünü Krım hökumətinin müşaviri kimi təqdim edir”, - Seleznyov <link type="page"><caption> öz Facebook səhifəsində yazıb</caption><url href="https://www.facebook.com/vladislav.seleznev.94?fref=ts" platform="highweb"/></link>.

Onun məlumatına görə, orada bu günlər silahsız qalan bütün komissarlıq zabitlərini hissənin hüdudların kənara çıxarıblar. “Respublika Hərbi Komissarlığının (RHK) məlumatına görə, Krım özünümüdafiə qüvvələrinin qərargahı yerləşdirilir”, - Vladislav Seleznyov bildirib.
Ukrayna Müdafiə Nazirliyinin Regional Mətbuat Mərkəzinin nümayəndəsi BBC-yə deyib ki, istila obyekti kimi nə üçün hərbkom seçildiyini bilmir, lakin ehtimal edib ki, silahlıları hərbi vəzifəlilərin siyahıları maraqlandıra bilər.
Onun sözlərinə görə, hərbkomda Krım ərazisində yaşayan və müharibə şəraitində səfərbər ediləcək vətəndaşlara dair məlumat bazası saxlanır. “Lakin bütün hərbi mükəlləfiyyətli şəxslər barədə tam məlumat rayon hərbkomlarında saxlanır”, - o deyib.
Hərbkomda şifrləmə texnikası və xüsusi rabitə avadanlığının olub-olmadığı sualına cavab verməkdən nazirliyin nümayəndəsi boyun qaçırıb.

Müxbirin sözlərinə görə, Rusiya hərbçilərini gətirən maşınların sükanı arxasında mülki geyimli adamlar otururdu.
Eyni zamanda Ukrayna Dövlət Sərhəd Xidməti bəyan edib ki, Rusiya Krıma hərbçi və hərbi texnika daşımaqda davam edir.
Sərhəd Xidmətinin məlumatına görə, Rusiya qoşunları hələ də “Krım” bərə keçidi blokadada saxlayırlar.
Hərbi hissəyə hücum cəhdi
Keçən gecə naməlum şəxslər – ehtimala görə, Rusiya hərbçiləri – Krımda Sevastopol yaxınlığında yerləşən Ukrayna hərbi hissəsinə hücum edib ələ keçirməyə cəhd ediblər.
Onlar yarıb hərbi hissənin ərazisinə keçə bilib, lakin bir neçə saatdan sonra çıxıb gediblər.
BBC müxbirinin məlumatına görə, şənbə günü sübh çağında hissənin ərazisindən Rusiya nömrələri ilə iki hərbi avtomaşın çıxıb.
Rusiya Krım ərazisində, Qara dəniz Donanması haqqında müqavilə üzrə nəzərdə tutulandan başqa, öz qoşunlarının Ukrayna ərazisində olmasını inkar edir.

Şəklin mənbəyi, Reuters
Rusiya müdafiə idarəsinin başçısı Sergey Şoyqu bu barədə ehtimalları “tam cəfəngiyat” adlandırıb.
Amerika Müdasiə Nazirliyinin məlumatlarına görə, hal hazırda Krımda 20 minə yaxın Rusiya əsgəri vardır. Ukrayna sərhədçiləri başqa rəqəm göstərir – 30 min.
Bu arada, şənbə günü Krımda bir neçə min müxtəlif milli mənsubiyyətli, o cümlədən, rus, ukraynalı və tatar qadınları dinc nümayişə çıxıblar.
BBC Ukrayna Xidməti müxbirinin məlumatına görə, qadınlar əllərində “Biz sülh tərəfdarıyıq”, “Müharibəyə - yox” və “Krım - Ukraynadır” plakatları tutur.
























