Rusiya: Facebook-da Höbbelsi iqtibas edən jurnalistlər işdən qovulub

Şəklin mənbəyi, VGTRK
Rusiyanın VQRTK dövlət media holdinqi Facebook-da Höbbelsdən iqtibas edilməsinə görə sosial şəbəkə işinə cavabdeh olan redaksiya heyətini tam tərkibdə işdən azad edib.
Buna səbəb şirkətin Facebook səhifəsində Höbbelsin SSRİ-nin ilk rəhbəri Vladimir Lenin barədə dediyi sözlərin dərc edilməsi olub.
II Dünya müharibəsi dövründə Almaniyanın Təbliğat naziri vəzfəsini tutmuş Höbbelsdən iqtibas “Vesti” proqramının Facebook səhifəsində "Lenin haqqında görkəmli şəxslərin dedikləri" adlı layihə çərçivəsində gətirilib.
Bu layihə Vladimir Leninin ölümünün 90 illiyinə həsr olunub.
Höbbelsin dediklərilə ilə yanaşı onun Facebook-da fotosu da dərc olunmuşdu.
VQRTK rəsmiləri Facebook istifadəçilərindən buna görə üzr istəyərək, redaksiya heyətinin tam tərkibdə işdən azad olunduğu barədə məlumat veriblər.
Höbbelslə yanaşı, Lenin barədə şirkətin Facebook səhifəsində eləcə də Mahatma Qandi, Nikolay Rerix, İosif Stalin, Boris Pasternak, Uinston Çörçill və başqlarının da dedikıləri dərc olunmuşdu.




















