"Tatarstan" aviaşirkətinin direktoru vəzifəsindən azad edilib

Kazanda qəzaya uğrayan təyyarə
Şəklin alt yazısı, Zədələnmiş halda olduğu qeyd olunan qutuların oxunması üçün Moskvaya göndərilməsi nəzərdə tutulub.
Çap edildi

"Tatarstan" aviaşirkətinin direktorlar şurası şirkətin Baş direktoru Aksan Giniyatulini vəzifəsindən azad etmək qərarına gəldiyini elan edib.

Bu xəbəri Tatarstan respublikasının Nəqiyyat və Yol Təsərrüfatı Nazirliyi mətbuat üçün açıqlayıb.

Aviaşirkətin mətbuat katibinin sözlərinə görə, Baş direktor vəzifəsinin icraçısı yerinə hələlik yeni namizəd təyin edilməyib.

Noyabrın 17-də "Татарстан" aviaşirkətinin Moskvadan Kazana uçan "Boeing" 737 təyyarəsi hava limanı zolağına enərkən qəzaya uğrayıb.

Yerə dəyən təyyarə od tutub yanıb, nəticədə qəzadan təyyarədə olan 50 nəfərdən heç kin sağ çıxmayıb.

Həlak olanlar arasında Tatarstan prezidentinin oğlu İrek Minnixanov, və Rusiya FSB xidmətinin Tatarstan idarəsinin rəhbəri Aleksandr Antonov da olublar.