Britaniyada leysan yağışlardan sonra daşqınlar
Çap edildi
İngiltərənin şimalındakı bəzi yaşayış məntəqələrinin sakinləri daşqınlara görə təxliyə edilib.
Leysan yağışlardan sonra Manchester və Leeds şəhərlərinin bır sıra rayonlarını su basıb. Məcrasından çıxan çaylar yol və körpüləri zədələyərək nəqliyyat hərəkətinin pozulmasına səbəb olub.
Fəlakət bölgəsində elektrik enerjisinin aramsız təchizatında çətinliklər yaranıb. Yalnız Manchesterdə 11 ev elektrik enerjisiz qalıb.
Ölkə boyü 300-dən artıq daşqın xəbərdarlığı verilib. Bəzi bölgələrdə təxliyə əməliyyatlarına ordu cəlb edilib.
Video şərhsizdir.