ABŞ-da satılan "Nestle" şokoladlarından süni inqridiyentlər yığışdırılır

Çap edildi

İsveçrənin Nestle şirniyyat nəhəngi ABŞ-da buraxdığı şokolad məhsullarından süni rəng və dad verən əlavələri yığışdıracağını bildirib.

Şirkətin Amerikadakı filialı 250 şokolad növündə süni dad və rənglərin əlavə edilməsini bu ilin sonunadək dayandıracağını elan edib.

Qərar, tədqiqatın nəticələri əsasında qəbul edilib.

Həmin tədqiqat istehlakçıların süni əlavələrdən imtina etdiyini göstərib.

Nestle süni əlavəri təbii inqridiyentlərlə əvəzləyəcək.