Nazaretdə 20 metrlik Yeni il ağacı ilə Milad bayramına start verilib

Çap edildi

İsrailin Nazaret şəhərində 20 metrlik "yolka" ağacında bəzək işıqlarının yandırılması ilə Milad bayramı ilə bağlı şənliklərə start verilib.

Xristianlar Nazareti İsa Məsihin doğma şəhəri hesab edirlər.

Şəhər boyu atəşfəşanlıq və zənglərin çalınması ilə müşayiət edilən mərasim yüzlərlə adamı cəlb edib.

Video şərhsizdir.