George Clooney və xanımı Amal Alamuddin Venesiyanı gəziblər
Çap edildi
Venesiyada toy etdikləri günün səhəri, bazar günü bəy və gəlin - Hollivud ulduzu George Clooney və insan haqları vəkili Amal Alamuddin şəhərin kanallarını qayıqda gəziblər.
Ulduz cütlüyün qayığını fotoqrafçı və pərəstişkarlarla dolu qayıqlar "flotiliyası" müşayiət edib.
George Clooney və Amal Alamuddin-in Venesiyada şənbə günü keçirilmiş toyunda qonaqlar arasında Hollivud ulduzları da olub.
Clooney-Alamuddin nigahı şoubiznes aləmində ilin ən səbirsizliklə gözlənilən hadisəsinə çevrilib.