Klub üzvləri əşyaları sındırmaqla stressdən azad olurlar
Çap edildi
Macarıstan paytaxtında açılmış yeni klub öz üzvlərinə kompüterdən tutmuş butılkalara kimi əllərinə keçən şeyləri sındırmaqla qəzəb və stressdən azad olmağı təklif edir.
Klub üzvlərindən biri kompüteri sındırmaqdan xüsusi həzz aldığını deyir: “Mən bir az stress keçirirdim. Bu yükü, ən azı, bugünə çiynimdən atmış oldum”.
İdeya sahibi Gergely BUDA hesab edir ki, klub acıqlı üzvlərinə stressdən müəyyən şəkildə azad olmaq üçün təhülkəsiz şərait yaradır.