Almaniya: Berlin Dünya Çempionlarını qarşılayır

Çap edildi

On minlərlə - bəzi məlumatlara görə, 250 000-dək adam Almaniyaya Dünya Çempionatında qələbə qazandıran futbolçularını salamlamaq üçün Berlində toplanıb.

Komandanın şərəfinə konsert və parad keçirilir.

Finalda Argentinanı məğlub edərək Dünya Kubokunu alan Almaniya millisi turnirdə bundan əvvəl daha üç dəfə birinci yer tutub, amma bu, 1990-cı ildən, Qərbi və Şərqi Almaniya yenidən birləşəndən bəri ilk qələbə idi.