Britaniya imamlarından gənc kişilərə çağırış
Çap edildi
Müsəlman dini liderlər gənc kişiləri Suriya və İraqa ekstremist qrupların tərəfində vuruşmağa getməməyə çağırır.
Açıq məktubda yüzdən artıq Britaniya imamı deyir ki, müsəlman icmaları Suriya və İraqda böhrandan əziyyət çəkənləri müdafiə etməlidir və hər hansı sektanın qurbanı olmamalıdırlar.
Təhlükəsizlik xidmətləri hesab edir ki, 500 britaniyalı Suriyaya döyüşə gedib.