Britaniyanın 4 zirvəsində Paralimpiya alovu yandırılıb
Paralimpiya alovunu yandırmaq üçün o cümlədən fiziki imkanları məhdud olan adamlardan ibarət 4 qrup Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin ən yüksək 4 zirvəsini fəth edib.
4 yerdən gələn alovla Stouk-Mendevil şəhərində yandırılacaq XIV Yay Paralimpiya Oyunlarının məşəli 580 adamın iştirak etdiyi estafetlə Londonun şərqindəki Stratford stadionuna çatdırılacaq.
1948-ci ildə Stouk-Mendevil şəhərinin həkimi Sir Ludwig Guttman müharibədən qayıtmış fiziki çətinliyi olan hərbçilər üçün yarışlar təşkil edib ki, o vaxtdan bəri Bukingemşir qraflığındakı bu şəhər Paralimpiya oyunlarının vətəni hesab olunur.
Paralimpiya oyunlarına biletlərin qiyməti təqribən 8-71 dollar arası olsada, təqaüdüçülərlə uşaqlar üçün biletlər 1.5 dollara satılacaq.
XIV Yay Paralimpiya Oyunları avqustun 29-da açılacaq.