London Olimpiadasında Rusiyanı xilas edən Qafqaz olub?
Rusiya olimpiyaçılarının Londonda çıxışını şərh edənlərin çoxu Qafqazın Rusiyanı xilas etdiyini deyirlər. Beləki Rusiyanın indiyədək Olimpiadada qazandığı qızıl medalların çoxunu məhz Qafqazlı atletlər qazanıb.
Olimpiada günlərində Londonda Rusiya yığmasının qərarğahı kimi fəaliyyət göstərən “Rusiya Evində” 2014-il Soçi Qış Olimpiadasının prezentasiyası keçirilib. Hazırkı Oyunlarda Qafqazlı idmançıların uğurlu çıxışı gələcək Soçi oyunlarının təqdimat mərasmini daha inandırıcı edib.
Qafqazlı atletlər London Olimpiadasında Rusiya yığmasına qızıl medallar gətirdilər. İdmanın güc növlərindən söhbət getsədə belə, Olimpiya çempionları Arsen Qalstyan, Mansur İsayev və Taqir Xaybullayev təmtərahlı prezentasiyasız da Qafqazda idmana nə səviyyədə diqqətin yetirildiyini göstərdilər.
Bununla belə Qafqaz atletlərinə təlim keçən bəzi məşqçilər onların güclü olduğunu qeyd edərkən eyni zamanda deyirlər ki, idman həm də Qafqazlı yeniyetmələrə regionun problemlərindən qurtulmağa kömək edir.
Qafqaza yaxşı bələd olanlar isə hesab edir ki Soçi prezentasiyasında Qafqazdakı real vəziyyət xeyli bəzədilib.
Soçidən sonra Rusiya Olimpia yığmasında qafqazlı idmançıların sayı daha da arta bilər. Amma, şərhçilərin təbirincə, bir şərtlə ki, Soçidəki Olimpiya opyektləri həqiqətən xalqın ixtiyarına verilsin.