Emin Milli “sözünün üstündə durmaq üçün” Bakıya qayıdır

Çap edildi

Azərbaycanlı fəal və bloqqer Emin Milli İngiltərənin SOAS (Şərq və Afrika Tədqiqatları) Universitetini başa vuraraq bu həftə Bakıya qayıdır.

O, BBC Azərbaycancaya müsahibəsində deyib ki, “absurd teatrı” kimi gördüyü vəziyyətləri təsvir edən kitab yazmaq niyyətindədir.

Emin Milli həmçinin Xədicə İsmayılovanın gizli videosunun ona məxsus mənzildə çəkilməsinə münasibət bildirib.

Bu müsahibə BBC Azərbaycan xidmətinin yeni “Britaniyada Azərbaycan Diasporu” layihəsinin bir hissəsidir.

Britaniyada yaşayan azərbaycanlılara dair növbəti müsahibə və reportajlar üçün saytımızı izləyin.