Vanadzorda Azərbaycan filmlərinin nümayişinə hücum

Çap edildi

Ermənistanda Azərbaycan filmlərini göstərmək üçün yer verən hüquq müdafiəçilərinə qarşı zorakılıq törədilib.

Vanadzor şəhərində Helsinki Vətəndaş Assambleyasının (VHVA) ofisi bazar ertəsi hücuma məruz qalıb - pəncərələr sındırılıb, təşkilat əməkdaşları arasında xəsarət alanlar var.

Bazar ertəsi 200-ə yaxın şəxs Vanadzor Helsinki Vətəndaş Assambleyası ofisini əhatəyə alıb, Azərbaycan filmlərini nümayiş etdirmək üçün ərazi təqdim etməməyi tələb etmişdi.

Onların bir qismi hədələr və söyüşlərlə ofisə soxulub təşkilatın əmlakına ziyan vurub. Çöldə toplaşanlar ofisi daşlayıb və yumurta atıblar, nəticədə ofisin pəncərələri sındırılıb və təşkilatın bir əməkdaşı xəsarət alıb.

Polisə dərhal zəng edildiyinə və hadisə yerində polis əməkdaşları olduğuna baxmayaraq, VHVA ofisinin toxunulmazlığı və əməkdaşların təhlükəsizliyi təmin olunması istiqamətində heç bir tədbir görülməyib.

VHVA Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinə “STOP!” Azərbaycan filmləri festivalı layihəsi çərçivəsində Azərbaycan filmlərinin nümayişini təşkil etmək üçün yer təqdim edən nadir təşkilatlardandır.

Video www.heqt.am saytına məxsusdur.