Belçika: Əli maçeteli şəxs polisə hücum edib

Çap edildi

Belçikanın Şarleroy şəhərində əli maçeteli şəxsin hücumuna məruz qalan iki qadın polis əməkdaşı yaralanıb.

Polisin atəşi nəticəsində hücum edən şəxsin xəsarət aldığı bildirilir.

Məlumata əsasən hücum şəhərin polis idarəsi qarşısında baş verib. Hadisə vaxtı hücum edən şəxsin "Allahu Əkbər" qışqırdığı bildirilir.

Şarleroy şəhəri ötən ilki Paris hücumlarında əli olan cihadçılar tərəfindən dayaq nöqtəsi kimi istifadə olunub.

Belçikanın baş naziri hücumu pisləyib. "Biz hadisələri yaxından izləyirik", Charles Michel deyib.

Polis idarəsi ətrafındakı ərazi mühasirəyə alınıb.