Nigeriya: ordu oğurlanmış qızlardan ikincisinin tapıldığını bildirib

Şəklin mənbəyi, AFP
Nigeriya ordusu 2 il əvvəl Chibok şəhərindən qaçırılmış 200-dən çox qızdan ikincisinin tapıldığını bəyan edib.
Chibok qızları valideynlərinin sözçüsü bu xəbəri şübhə altına alıb.
İtmiş qızların valideynlərinin sözçüsü deyib ki, tapılmış qızın adı itən qızların adları siyahısında yoxdur.
Bu arada Nigeriya ordusunun sözçüsü bildirb ki, Serah Luka adlı qız ölkənin şimal şərqində ordu tərəfindən xilas edilmiş 97 qadın və uşaq arasında olub.
Boko Haram adlı islamçı silahlı qrup son illər ərzində minlərlə qızı oğurlayıb, hüquq müdafiəsi qrupları bildirir.
İki gün bundan əvvəl, Chibok-dan oğurlanmış qızlardan ilki, <link type="page"><caption> Əminə Əli Nkeki adlı qız xilas edilmişdi</caption><url href="http://www.bbc.com/azeri/international/2016/05/160518_boko_haram_girl" platform="highweb"/></link>.
2014-cü ildə Nigeriyanın şimal şərqində Chibok orta məktəbindən oğurlanmış qızlardan 218-i itkin düşmüş sayılmaqdadırlar.
Əminə Nkeki xilas olunduqdan sonra Chibok icma liderinə bildirib ki, oğurlanmış qızlardan altısı qaçırılma zamanı həlak olubmuş, qalanları isə hələ də Sambisa meşəsində qalmaqdadırlar.
Nigeriya ordu rəsmisinin bildirdiyinə görə, cümə axşamı günü Borno ştatının Demboa ərazisində 97 qadın və qız aşkar edilib.
İtmiş qızlardan ilk tapılmışı 19 yaşlı Əminə Nkeki prezident Məhəmmədu Buhariylə görüşmək üçün paytaxt Abucaya uçub.
Əminə Nkeki və onun 4 aylıq körpə uşağı Sambisa meşəsində, Kamerun sərhədinə yaxın ərazidə tapılıblar.
Deyildiyi kimi, Əminə ilə yanaşı onun əri də olub. Həmin şəxsin Boko Haram qrupunun üzvü olması barədə şübhələrin olduğu deyilir.
2014-cü ilin aprel ayında Boko Haram silahlıları Chibok məntəqəsinə hücum edərək orta məktəb yataqxanasından 276 şagird qızı yük maşınlarına dolduraraq qaçırmışdılar.
Qızlardan 50 nəfəri yolda maşınlardan tullanaraq qaça bilmişdilər.
Qızların xilas edilməsi səyləri çərçivəsində sosial şəbəkələrdə #BringBackOurGirls kampaniyası təşkil edilmişdi. Həmin kampaniyaya ABŞ-ın birinci xanımı Michelle Obama və Pakistanlı fəal Malala Yusifzai qoşulmuşdular.
























