Gogi - Pakistanın ilk qadın karikaturaçısının yaratdığı personaj

Pakistanın ilk peşəkar qadın karikaturaçısı, Nigar Nəzər az qala həkim olacaqdı.
"Kollecdə həkimliyi oxuyurdum, lakin həmişə kitab-dəftər səhifələrinin qırağında cızma-qara edirdim", o, deyir.
"Nəhayət, peşə seçimimdə 180 dərəcə dönüş etdim, valideynlərimi də buna razı sala bildim".
Seçim özünü doğrultdu
Nəzərin çəkdiyi komikslərin qəhrəmanı Gogi müasir, təhsil almış Pakistan qadınıdır.
Onu, xallı paltarından tanımaq olur və minlərlə adamın sevimli personajına çevrilib.

O, diqqətini daha çox cəmiyyətin sosial problemləri və ziddiyyətlərinə yönəldir.

Gogi komikslərində qadınların təhsili və ətraf mühit məsələlərinə diqqət verilməklə Pakistannın gündəlik həyatından yumorla bəhs olunur.

Nəzər komiks kitabları ilə hələ uşaqlıq illərindən maraqlanmağa başlayıb.

Həkimlik peşəsini rəssamlığa dəyişdikdən sonra o, bu sahədə təqaüd almaq mükafatını qazanıb.

Gogi Pakistanda çoxlarının sevimli personajına çevrilsə də, Nəzərin sözlərinə görə, komikslər siyasi karikatura qədər populyar deyil.
"Mən çalşıram sosial şəbəkələrə daha çox diqqət verim", komiks kitablar müəllifi deyir.
Onun qələmindən çıxmış 14 komiks kitabı ekstermizm və korrupsiya, qızların təhsili və qadınların hüquqları kimi aktual mövzulara həsr olunub.

Sərhədsiz Reportyorlar təşkilatının Mətbuat Azadlığı indeksində Pakistan 180 ölkə arasında 147-ci yeri tutur.
Nəzərin etiraf etdiyinə görə, bəzən o özünü daxili senzuradan keçirir.
Onun təbirincə, "söz azadlığının reallaşması üçün insanın təfəkkürü də dəyişməlidir".

Nəzər hesab edir ki, komikslər özünü ifadə etmək üçün yeni imkan yaradır.
"Başqa yolla deyə bilmədiklərini komikslərlə demək mümkündür", pakistanlı karikaturaçı qadın deyir.
























