Fenerbahçe klubu "Azərbaycana dəstək" kampaniyasına qoşulub

Şəklin mənbəyi, Twitter
Türkiyənin Fenerbahçe futbol klubu "Azərbaycana dəstək" məqsədilə yaradılmış onlayn kampaniyaya qoşulduğunu bildirib.
Klub rəsmi Facebook və Twitter səhifələri vasitəsilə kampaniya ilə bağlı məlumatı paylaşıb və onlayın kampaniyaya qoşulduğunu bildirib.
"Fenerbahçe Ailəsi olaraq qardaşımız Azərbaycanı dəstəkləmək üçün başladılan kampaniyaya bir imza da biz atırıq", statusda deyilir.
Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi tələfat var. Aprelin 5-də atəşkəs razılaşması elan olunsa da, tərəflər razılaşmanın pozulması ilə bağlı bir-birini günahlandırır.
Ağ Evin (ABŞ) rəsmi saytında yaradılmış petisiyada “Ədalətin bərqərar edilməsi və böyük fəlakətin qarşısının alınması” tələb olunur.
"Administrasiyadan [Obama Administrasiyası] Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsinə kömək etmək və bölgədə insan fəlakətinin qarşısını almaq üçün AŞPA-ın 2085 qətnaməsini dəstəkləməyə çağırırıq", petisiyada deyilir.
Aprelin 6-da yaradılmış kampaniyaya artıq 23 mindən çox imza toplanıb.
Şərhlər
Sosial şəbəkələrdə türkiyəli və azərbaycanlı azarkeşlər futbol klubunun addımı əsasən alqışlayıb:
Raschad Camal Mehdiyev adlı istifadəçi deyib ki, "Qarabaga geden yola da FENER oldun Fenerbahçem !!!!"
"Bir Azərbaycan Türkü olarak FENERBAHÇELİ olduğumdan gurur duydum . Teşekkürlər Fenerbahçem", Emin Shahverdiyev qeyd edib.
Burak Çelik adlı istifadəçi ona cavab olaraq bildirib ki, "Gurur duymanızı gerektiren bir şey yok yapmamız gereken şeyler bunlar zamanında size destek veremediğimiz için vicdan azabı çekiyorum".
Elnur Aliev deyib ki, "Men butun Turk komandalarina azsrkeslik edirdim.Tam bir kamandaya yox.Amma bugunden men Fenerbahceliyim.Var ol Fener! var ol!".
@ozge_caglayn isə bildirib ki, @Fenerbahce BİLMEM KAÇ MİLYONUNCU KEZ FENERBAHÇELİ OLDUĞUM İÇİN GURUR DUYDUM.."
























