Deputat Jirinovskini “terrorizmə haqq qazandırmaq”da təqsirləndirir

Çap edildi

Sankt-Peterburq qanunverici məclisinin deputatı Boris Vişnevski Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskini məsuliyyətə cəlb etmək tələbi ilə İstintaq Komitəsinə müraciət edib.

Müraciətə Jirinovskinin Rusiya televiziya proqramına söylədiyi mülahizələr səbəb olub. LDPR lideri bəyan edib ki, Avropada "terror aktlarının" baş verməsi Rusiya üçün sərfəlidir və avropalılara "ölüm arzulayıb".

Vişnevski hesab edir ki, bu kimi bəyanatlar terrorizmə açıq bəraət qazandırma maddəsi altına düşür.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2 maddəsinə əsasən, terrorizmə açıq bəraət qazandırma terrorçuluq ideologiyası və praktikasının haqlı tanınması, dəstəyə və təqlidə ehtiyacı olduğu haqqında açıq bəyanat vermək deməkdir”, - millət vəkili yazır.

“Belə çıxır ki, sitat gətirilən Jirinovskinin mülahizələri tamamilə yuxarıda qeyd olunan təsnifata uyğun gəlir və, onu da demək lazımdır ki, bu kütləvi informasiya vasitəsindən istifadə edilərək yayılıb”, - deputatın bəyanatında vurğulanır.

Jurinovskinin bəyanatı jurnalist Vladimir Solovyovun apardığı proqramında çərşənbə axşamı, “Rossiya-1” telekanalı ilə Brüsseldəki hücumlardan sonra efirə çıxıb.

Sabahısı gün Jirinovski Dövlət Dumasında hücum qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə bağlı narazılığını bildirib.