Pakistan vilayətində Valentin günü qadağası

Valentin günü Pakistanın bir çox yerlərində populyardı
Şəklin alt yazısı, Valentin günü Pakistanın bir çox yerlərində populyardı
Çap edildi

Pakistanın şimal-qərbində yerləşən <span >Xayber Paxtunxva<span >vilayətinin Kohat dairəsində Valentin gününü qeyd etmək qadağan olunub.

Yerli hökümət polis qulluqçularına Valentin gününə həsr olunmuş hədiyyələrin və təbrik açıqçalarının satışını dayandırmaq göstərişini verib.

Kohat dini-siyasi partiya tərəfindən idarə olunur və mühafizəkar tayfaların yaşadığı ərazilərin qonşuluğunda yerləşir.

Valentin günü Pakistanın bir çox şəhərlərində populyardır, lakin dini qruplar bunu qeyri-sağlam tədbir kimi pisləyir.

"Valentin günü qanunvericilikdə nəzərdə tutulmayıb, dinimizə uyğun deyil, bu səbəbdən də qadağan olunub", Kohat dairəsinin rəhbəri Mövlanə Niyaz Məhəmməd BBC Urdu xidmətinə bildirib.

Dini qruplar Valentin günü əleyhinə etiraz aksiyaları keçirib
Şəklin alt yazısı, Dini qruplar Valentin günü əleyhinə etiraz aksiyaları keçirib

Kohatda Valentin günü ilə bağlı hədiyyələr, kartlar, açıqçalar təxminən 30-dək dükanda satılır.

BBC müxbirinin sözlərinə görə, həmin dükanlara qarşı hələlik heç bir tədbir görülməyib.

Bu həftənin əvvəlində İslamabad şəhərində Valentin günü ilə bağlı hədiyyələrin qadağan olunması barədə təsdiqlənməmiş xəbərlər yayılmışdı. Hökümət onları təkzib edib.

Ötən illərdə Valentin gününə etiraz edən dini qruplar bu bayramın ədəbsiz olduğunu bildirir.

<span >2013-cü ildə insan haqları fəalı Sabin Mahmud Valentin gününə dəstək kampaniyası təşkil etmişdi, lakin o ölüm hədələrinin ardınca gizlənməli olmuşdur.

Fəal 2015-ci ildə yaxınlığından keçən nəqliyyat vasitəsindən açılan atəşlə öldürülmüşdü.