Zinedine Zidane Real Madridin baş məşqçisi təyin edilib

Çap edildi

Rafael Benitez Real Madrid futbol klubuna cəmi 7 ay baş məşqçilik edəndən sonra işdən çıxarılıb və klubun əfsanəsi Zinedine Zidane onu əvəz edib.

İspaniyalı, 55 yaşlı Benitez, bazar ertəsi klubun idarə heyətinin iclasından sonra vəzifələrindən azad edilib.

43 yaşlı Zidane-ın müqaviləsinin uzunluğu açıqlanmayıb.

Dünya Kubokunun sahibi bildirib ki, hər şeyin yaxşı alınması üçün, qəlbini və ruhunu bu işə həsr edəcək.

Benitezin son oyunu bazar günü Valencia ilə baş tutub və oyunda hər iki komanda 2 qol vura bilib. Bununla da Real Madrid liqada 3-cü yerdədir - onları lider Atletico Madrid-dən 4 xal ayırır.

<bold><italic>Hər həftə saytımızda dərc olunan futbol bloqunu da <link type="page"><caption> oxuyun</caption><url href="http://www.bbc.com/azeri/blogs/2016/01/160104_football_blog_importance_of_personality" platform="highweb"/></link>.</italic></bold>

Məsul olduğu ilk oyunu şənbə günü Deportivo La Coruna ilə baş tutacaq Zidane, klubun prezidenti Florentino Perez-in 12 illik fəaliyyəti boyunca 11-ci məşqçisi olacaq.

Zidane "dünyanın ən yaxşı pərəstişkar bazası olan ən yaxşı klubunu" məşq etdirmək imkanı verdiyi üçün Perez-ə təşəkkür edib.

"Mən mövsümün sonunda klubun kubok alması üçün əlimdən gələn hər şeyi edəcəm", o deyib.

Rafael Benitez
Şəklin alt yazısı, Benitez-in nüfuzdan düşməsinin bir neçə səbəbindən biri kimi ötən ilin noyabrında Barcelona-ya qarşı öz meydanında 4-0 uduzmağı göstərilir

"Bu, mənim üçün əlamətdar gündür, emosional gündür. Klubunun heyətində futbolçu kimi müqavilə imzaladığım gündən daha da emosionaldır", deyə o əlavə edib.

Benitez niyə işdən çıxarıldı?

Perez-in direktorlar şurasının niyə klubun bir vaxtlar gənclərdən ibarət yığma komandalarını çalışdıran Benitezin istefaya göndərilməsi kimi "çətin qərar" verməsini izah etməsi gözlənilir.

Lakin o, Benitezin "fədakarlığını" etiraf edib və onu "böyük peşəkar və böyük şəxsiyyət" adlandırıb.

Onun ən önəmli uğurlarından biri, Malmo üzərində 8-0 hesabla qələbə qazanması hesab olunur.

Benitez-in nüfuzdan düşməsinin bir neçə səbəbindən biri kimi ötən ilin noyabrında Barcelona-ya qarşı öz meydanında 4-0 uduzmağı göstərilir.

"İş üçün ən yaxşı şəxs"

Zidane ilə Real Madrid-də birgə oynamış David Beckham düşünür ki, onun keçmiş komanda yoldaşı "böyük hit" olacaq.

Zinadine Zidane
Şəklin alt yazısı, "Zidane əla futbolçu idi, amma onun idarəçilik təcrübəsi sıfır səviyyəsindədir" - klubun sabiq rəhbəri belə düşünür

Keçmiş Madrid oyunçuları Xabi Alonso və Ronaldo, Zidane-a "uğur" diləyiblər.

Klubun sabiq rəhbəri John Toshack Zidanın təyin edilməsi riskli addım hesab edib.

"Zidane əla futbolçu idi, amma onun idarəçilik təcrübəsi sıfır səviyyəsindədir", Toshack BBC Radio Wales-ə deyib.