Embrionların genetik modifikasiyası “zəruridir”

    • Müəllif, James Gallagher
    • Vəzifə, BBC sağlamlıq redaktoru
  • Çap edildi

İnsan embrionlarının genetik modifikasiyasına icazənin verilməsi “zəruridir”, bir qrup alim, etik və siyasi ekspert bildirib.

“Hinxton Group” hesabatında deyilir ki, ilkin mərhələdə olan embrionların genetik indeksinin modifikasiya olunması tədqiqat üçün “böyük əhəmiyyət” kəsb edir.

O da bildirilir ki, genetik modifikasiya olunmuş uşaqların doğulması indi məqsədəuyğun olmasa da, gələcəkdə bəzi şərtlər altında bunun mümkünlüyü istisna edilmir.

ABŞ, embrionların genetik modifikasiyası ilə bağlı tədqiqatlara maliyyə ayırmaqdan imtina edir.

Bu ilin əvvəli Çinin Sun Yat-sen Universitetində bir qrup tədqiqatçı nümayiş etdirib ki, qan xəstəliyinə yol açan DNT, embrionların ilkin mərhələsində düzələ bilər.

Gələcəkdə uşaqların kistik fibroz və ya xərcəng riskini artıran genlərlə doğulmasının qarşısını almaq üçün texnologiyadan istifadə edilə bilər.

İndiyə qədər bu cür tədqiqatların həyata keçirilməsinə qadağanın qoyulmasına çağırışlar olub. Bir çoxunda mövzu ilə bağlı məhdudiyyətin hardan başlamalı olduğuna dair suallar yaranıb – bütün embrion tədqiqatları qadağn olunmalıdırmı, buna sadəcə tədqiqat üçünmü icazə verilməlidir yoxsa genetik modifikasiya olunmuş uşaqların doğulmasına icazə verilməlidir?