Çoxlu yunu olan avstraliyalı qoyunun hekayəsi şəkillərlə

Chris
Şəklin alt yazısı, Chris adlı qoyun Avstraliyanın Kanberra şəhərində yazın ikinci günü (qitədə yaz sentyabrda başlayır) aşkar olunmuşdu
Çap edildi

Chris adlı həddən artıq yunlanmış Avstraliya qoyununun yunu beş yunqırxanın köməyilə qırxıldıqdan sonra yeni qeyri-rəsmi dünya rekordunu müəyyən edib.

Veterinarlar qrupu xəbərdarlıq etmişdilər ki, bir neçə il ərzində yabanı həyat sürmüş qoyun çox yunlandığına görə ölüm təhlükəsi ilə üz-üzədir.

Onun üzərindən 40 kiloqramdan çox yun qırxılıb. Heyvanlara Qarşı Şiddətin Qarşısının Alınması Kral Cəmiyyəti (RSPCA) bildirir ki, bu bir dəfəyə qırxılmış ən ağır çəkili yundur.

Çərşənbə günü, qoyun qırxımı üzrə ölkə çempionu olmuş Ian Elkins bu mamont merinosunu qırxmağa dəvət olunub.

Kanberra ətrafındakı kenqurular dünyanın ən yunlu qoyunun yanında “cırtdan” kimi görsənir
Şəklin alt yazısı, Kanberra ətrafındakı kenqurular dünyanın ən yunlu qoyunun yanında “cırtdan” kimi görsənir

Elkins, cümə axşamı günü həyata keçirilmiş yun qırxımının, həyatının ən böyük imtahanlardan biri olduğunu bildirib və əlavə edib ki, o, 35 illik iş həyatında belə bir qoyunla rastlaşmayıb.

Belə görünür ki, Chrisin dırnaqları çox ağır yunu daşımaqdan zədələnib
Şəklin alt yazısı, Belə görünür ki, Chrisin dırnaqları çox ağır yunu daşımaqdan zədələnib

Chris üzərində incə əməliyyat zamanı ağrıkəsici ləvazimatdan istifadə olunub.

Chrisin yunu qırxılandan sonra çəkisi iki dəfə azalıb
Şəklin alt yazısı, Chrisin yunu qırxılandan sonra çəkisi iki dəfə azalıb

Elkins Avstraliyanın da bu sahədə Yeni Zelandiyanı keçdiyinə görə qürur duyduğunu bildirib və bunu iki ölkənin “reqbi sahəsindəki rəaqbət”i ilə müqayisə edib.

Böyük miqdarda qoyun yunu topasının çəkisi 42 kiloqramdan çox olub, lakin torbanın çəkisini çıxdıqdan sonra xalis çəki 40 kiloqrama düşüb.

Yeni görünüş: Avstraliya qoyunu Chrisin üzü daha aydın görünür. İndi onun sifətinə çəhrayı antiseptik məhlul sürtülüb
Şəklin alt yazısı, Yeni görünüş: Avstraliya qoyunu Chrisin üzü daha aydın görünür. İndi onun sifətinə çəhrayı antiseptik məhlul sürtülüb

Veterinarlar deyib ki, qayçı altına yıxılmamışdan əvvəl Chris, “öz normal çəkisindən 4-5 dəfə artıq” idi.

Chrisin nazik bədənindən 40 kiloqramdan çox yun çıxıb
Şəklin alt yazısı, Chrisin nazik bədənindən 40 kiloqramdan çox yun çıxıb

2004-cü ildə Yeni Zelandiyadan olan Shrek adlı qoyun 6 ildən sonra tapılmışdı.

Bu da merinos qoyunu idi və bütün dünya canlı yayım vasitəsilə onun üzərindən 27 kiloqram yunun qırxılmasının şahidi olmuşdu.