Buenos Ayres: Məhbusların çəkdiyi fotoşəkillər

Şəklin mənbəyi, Other
- Müəllif, Frederick Bernas
- Vəzifə, Buenos Aires
- Çap edildi
"İnsanlar həbsxananı dəhşət filmi kimi təsəvvür edir", Buenos Aires kənarında yerləşən Unidad 31 qadın həbsxanasının kitabxanasında oturan Celeste Moyano deyir.
"Həbsxana camaatın təsəvvüründən fərqlənir", məhbus qadın bildirir.
Celeste Moyano qadınlara təhsil və peşə almaqda yardım göstərən YoNoFui sosial təşkilatın fotoqrafiya sənətinin öyrənilməsi kampaniyasında iştirak edir.

Şəklin mənbəyi, Other

Şəklin mənbəyi, Other
Məhbus qadınlar üçün foto sənət üzrə dərslər hər bazar ertəsi günü Unidad 31 həbsxanasının həyətində keçirilir.
Şəkillər əldədüzəltmə taxta qutudan hazırlanmış obskura kamerası vasitəsilə çəkilir.
Liliana Cabrera həbsxanada 7 il keçirib.
Onun sözlərinə görə, foto-kurslar zamanı məhbus həbsxanada olduğunu unudur.

Şəklin mənbəyi, Other
Şəkillər obskura kamerası dəliyinin bir neçə saniyəlik açılması yolu ilə çəkilir.

Şəklin mənbəyi, Other

Şəklin mənbəyi, Other
"Mən şəkildə tənha yaşadığımı əks etdirmək istəyirəm," Romina Ausqui deyir.
"Hətta insanlar arasında olanda da mən özümü tənha hiss edirəm," o, izah edir.
YoNoFui təşkilatı eləcə də poeziya, jurnalistika, toxuculuq, kitabçılıq və dülgərlik peşələri üzrə də kurslar təklif edir.

Şəklin mənbəyi, Other
Bu təşkilatı 2007-ci ildə yazıçı və fəal Maria Medrano təsis edib.
Maria Medrano deyir ki, 1996-cı ildə belarusiyalı qadınla görüş onun qəlbində dərin iz buraxıb.
O, narkotik keçirmək üstündə tutulmuşdu. Hansısa fırıldaqçı onu sərhəddən narkotik keçirməyə dilə tutmuşdu.
"Nə mən onun, nə o mənim dilimi bilmirdi", Maria Medrano xatırlayır.
"Onun heç kimi yox idi, yay paltarında idi, burada isə həmin zaman qış idi. Mən ona isti paltar və gigiyenik vasitələr çatdırdım, biz dostlaşdıq".
Maria Medranonun təsis etdiyi təşkilatın YoNoFui adı "Bu, mən deyildim" kimi tərcümə edilir.
Məhbuslar azadlığa çıxandan sonra da təşkilat onlarla əlaqə saxlamaqda davam edir.

Şəklin mənbəyi, Other
Onun sözlərinə görə, YoNoFui cəmiyyətə yenidən inteqrasiya olmağa çalışan qadınlara yardım göstərir.
Həbsxanada 7 il keçirdikdən sonra keçmiş məhbus Lily Teomanopulos YoNoFui yanında fəaliyyət göstərən atelyedə dərzi işləyir.
7 uşaq anasının 47 yaşı var.

Şəklin mənbəyi, Other
"Həbsxanadan sonra insan özünü kövrək və müdafiəsiz hiss edir. Hətta küçəni keçəndə belə diksinirsən", Lily Teomanopulos deyir.
Lily Teomanopulos məhbus qadınlara öz timsalında müsbət nümunə göstərmək istəyir, sübut etməyə çalışır kı, YoNoFui xəttilə yiyələndikləri peşələr hesabına keçmiş məhbus qadınlar azadlıqda özlərini dolandıra bilərlər.
Foto kurslar, güman edildiyinə görə, məhbus qadınlara hazırkı smarfonlar dövranına da tez bir zamanda alışmağa kömək etməlidir.
"Rəqəmsal fotoqrafiya hər addımda bizi müşayiət edir", müəllim Alejandra Marin izah edir.
Onun təbirincə, obskura kamerası ilə fotoşəkillərin çəkilişi fotoqrafiyadan daha çox fəlsəfəyə bənzəyir.
Fotosərgi iyulun 18-dən Buenos Ayresdə, Haroldo Conti adına mədəniyyət mərkəzində açılıb.
Fotoşəkillərin daha geniş çeşidini internetdə Luz en la Piel (Dəriyə düşən işıq) kitabında görmək olar.
























