Ukrayna böhranı: Aİ Rusiyaya qarşı sanksiyaları 2016-cı ilədək uzadıb

Şəklin mənbəyi, Reuters
Avropa İttifaqının Xarici İşlər nazirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2016-cı ilin yanvar ayının sonunadək uzatmaq barədə qərar qəbul ediblər.
Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir.
Bunu öz Twitter səhifəsində Aİ sözçüsü Maja Kosijancic qeyd edib.
Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.
Sanksiya rejimi Rusiya dövlət banklarına uzunmüddətli kreditlərin, Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna bilən texnologiyaların verilməsinə və Rusiya ilə Aİ arasında hərbi müqavilələrin bağlanmasına qadağa qoyulmasını nəzərdə tutur.
Bununla yanaşı, Aİ ilə ABŞ tərəfindən Rusiyanın neft sənayesi üçün də müasir texnologiyaların ixracına və xidmətlərin göstərilməsinə da qadağa qoyulur, baxnmayaraq kı qaz sahəsinə sanksiayaların təsiri şamil olunmur.
Aİ nazirləri eləcədə Aralıq dənizi vasitəsilə insan qaçaqmalçığının qarşısının alınmasına yönəlmiş "EU Navfor Med" adı altında hərbi-dəniz əməliyyatının başlanmasına start verilməsi barədə qərar qəbul ediblər.




















