Manchester United dünyanın ən bahalı futbol klubudur

Şəklin mənbəyi, Reuters
Çap edildi
Brand Finance konsaltinq şirkətinin hazırladığı hesabata əsasən, Britaniyanın Manchester United klubu dünyanın ən bahalı futbol klubları siyahısında son zamanlaradək 1-ci yeri tutmuş Bayern Munich klubunu geridə qoyaraq "ən bahalı futbol brendi" adını qazanıb.
Ardıcıl olaraq iki futbol mövsümündə heç bir futbol mükafatı qazanmadığına baxmayaraq, Manchester United brendinin dəyəri artaraq 1.2 milyard dollara çatıb.
Dünyanın ən bahalı 10 futbol klubundan 6-ı İngiltərə klublarıdır.
Şənbə günü futbol üzrə Çempionlar Liqasının kubokunu qazanmış Barselona klubu ötən mövsümlə müqayisədə iki pillə geriləyərək 773 milyon dollarlıq aktivlərlə 10 ən varlı futbol klubu arasında 6-cı yerdə qərarlaşıb.




















